Erməni milyarderin oğlu narkotikdən komaya düşdü


Dünya 30 Apr 2019 20:14:00 237 0

Erməni milyarderin oğlu narkotikdən komaya düşdü

Rusiyanın ən zəngin ermənilərindən biri olan Sergey Sərkisovun kiçik oğlu hələlik naməlum olan preparatdan artıq istifadə nəticəsində komaya düşüb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "Mash" Teleqram kanalında yayımlanıb. O, komaya Moskvanın ən məşhur klublarından birində olarkən düşüb.

Sərkisov aprelin 14-də Moskva xəstəxanalarından birinin reanimasiyasına yerləşdirilib. Həkimlərin bir müddət sonra milyarderin oğlunu "möcüzə nəticəsində" xilas etdikləri bildirilib və nəticədə o, terapiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, Sergey Sərkisov qardaşı Nikolay Sərkisovla birgə Rusiyanın ən zəngin iş adamlarından biridir. Qardaşların ümumilikdə sərvəti 1,5 milyard dollardır.