“Xəbərimiz var”


Dünya 30 Apr 2019 20:04:00 188 0

“Xəbərimiz var”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sosial şəbəkələrdə İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin yayılmış görüntüləri barədə açıqlama yayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Şon Robertson görüntülərdən xəbərdar olduqlarını bildirib.

Pentaqon rəsmisi deyib:

"Əbu Bəkir əl-Bağdadinin yayılan video-görüntüsündən xəbərdarıq. Müttəfiqlər mübarizəni davam etdirir, əsas məqsəd İŞİD-i məğlub etməkdir".

İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış video-müraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.