“Ölsəm, bağışla” filminin aktrisası 30 il sonra


Digərləri 30 Apr 2019 19:34:00 493 0

“Ölsəm, bağışla” filminin aktrisası 30 il sonra

Əfsanəvi "Ölsəm Bağışla" (1989) filmindən sevdiyimiz əməkdar artist Gülzar Qurbanova 30 il sonra möhtəşəm bir filmlə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Son.az Publika.az-a istinadən xəbər verir ki, 48 yaşlı məşhur aktrisa model Rüstəm Cəbrayılovla sevgidən bəhs edən "Nazik mətləb" filmində rol alıb.

"Caspian Media Holding"in istehsalı ilə çəkilən filmin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradovdur. Layihə görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında lentə alınıb.

Filmdən bəri kadrlar sosial şəbəkələrdə yayılıb.


Xəbərə aid fotolar