Köçəryana qarşı irəli sürülmüş ittihamlar: Şirkət rəhbərini...


Dünya 30 Apr 2019 16:09:00 241 0

Köçəryana qarşı irəli sürülmüş ittihamlar: Şirkət rəhbərini...

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan barədə irəli sürülmüş ittihamlar açıqlanıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, hakimiyyətdə olduğu 10 il ərzində vəzifəsində sui-istifadə etməkdə ittiham olunub.

İttihamnamədə qeyd edilib ki, ikinci prezident Robert Köçəryan 1998-ci ildən 2008-ci ilədək hakimiyyətdə olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək, Konstitusiyanın müvafiq maddələrini kobud formada pozub.

Habelə o, ayrı-ayrı şəxsləri, iş adamlarını və dövlət rəsmilərini təhdid etməkdə, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyada iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmrini verməkdə ittiham edilir.

Başqa bir ittihama görə, Robert Köçəryan "TSC CS Armenia" şirkətinin rəhbəri Silva Ambartsumyanı təhdid edərək, şirkətin səhmlərinin ələ keçirilməsində iştirak edib. Bu qanunsuz əməlində ona iş adamı Samvel Mayrapetyan dəstək verib. Sözügedən şirkətə məxsus 3 milyon dollar mənimsənilib.