İstanbulda təhlükəsizlik tədbirləri gücləndirildi


Dünya 30 Apr 2019 13:12:00 215 0

İstanbulda təhlükəsizlik tədbirləri gücləndirildi

Türkiyənin İstanbul şəhərində 1 May mitinqləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mitinqlərin İstanbulun Bakırköy və Maltepe rayonlarında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2010-cu ildə Türkiyə hökuməti İstanbulun Taksim meydanında 1 May mitinqlərinin keçirilməsinə icazə versə də, 2013-cü ildə yenidən qadağan etmişdi.