Kanalda batan gənc ailənin tək övladıdır


Digərləri 30 Apr 2019 12:17:00 362 0

Kanalda batan gənc ailənin tək övladıdır

Samur-Abşeron kanalında batan Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun axtarışları hələ də davam edir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, üç gün vaxt keçməsinə baxmayaraq, gəncin nəşi  tapılmayıb.

Ailənin tək övladı olan İmamyar, Ələkbərovlar ailəsinin yeganə övladıdır. Ata-anası evliliklərinin onuncu ilində övlad sahibi olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Xəbərə aid fotolar