Azərbaycanı bu il “Eurovision”da nə gözləyir? FOTO


Digərləri 30 Apr 2019 10:44:00 169 0

Azərbaycanı bu il “Eurovision”da nə gözləyir?  FOTO

10 gündən sonra Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision” start götürəcək

10 gündən sonra Avropanın ən nüfuzlu musiqi yarışması olan "Eurovision" start götürəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Təl-Əvivdə keçirilən layihənin birinci yarımfinalı mayın 14-ü, ikincisi 16-ı, finalı isə gələn ayın 18-də baş tutacaq.

Mayın 4-dən etibarən müsabiqə iştirakçıları İsraildə Təl-Əviv Sərgi Mərkəzində məşqlərə başlayacaqlar. Azərbaycan təmsilçisi Çingiz Mustafayev də orada olacaq. Həmyerlimiz ikinci yarımfinalda "Truth" mahnısı ilə çıxış edəcək.

Ötən il ilk dəfə finala keçməyən Azərbaycanı bu dəfə hansı nəticə gözləyir?

Bukmeykerlərin proqnozuna görə, mayın 16-da çıxış edəcək Çingiz finala keçəcək. O, əsas şouda iştirak edəcək 10 ölkə arasında 5-cidir. Siyahıda ön sıralarda isə ən iddialı ölkələr- Niderland, Rusiya, İsveç və İsveçrə qərarlaşıb. Ermənistan da finala keçəcək ölkələr arasındadır (sıra 7).


Xəbərə aid fotolar