2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib


Digərləri 30 Apr 2019 10:01:00 182 0

2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib. Trend-in məlumatına görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib. Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin 2018-ci ildə başa çatması nəzərə alınaraq, insan alverinə qarşı mübarizənin davamlılığının təmin edilməsi üçün 2019-2023-cü illəri əhatə edən yeni fəaliyyət planı hazırlanıb. Aidiyyəti dövlət orqanlarının təklifləri əsasında hazırlanmış layihənin ilkin variantı 67 tədbirdən ibarətdir. Sənəddə insan alverinə qarşı mübarizədə səlahiyyətli dövlət orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işi, cinayət təqibi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. mühüm məsələlər əksini tapıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin