Qorbaçov danışdı: "ABŞ və Rusiya təhlükəli yoldadır"
Dünya 30 Apr 2019 09:54:00 198 0
Rusiya və ABŞ strateji dialoq yaratmalıdır, çünki nüvə silahı sülhü qorumur, əksinə onu təhlükəyə atır.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bildirib.
Keçmiş prezident "Wall Street Journal" qəzetinə deyib ki, hər iki dövlət təhlükəli yoldadır: "Bu gün ABŞ və Rusiya təhlükəli yoldadır. Onlar dayanmalı və düşünməlidirlər.
Soyuq müharibə veteranları artıq danışıb qurtarıblar. İndi bizim ölkələrin liderlərinin söz demək zamanıdır".
Mənbə: milli.az