Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanı kimi istismara məruz qalırlar


Digərləri 30 Apr 2019 09:44:00 181 0

Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanı kimi istismara məruz qalırlar

Ötən il Azərbaycanda 22 uşaq, 863 nəfər böyük insan alverinin qurbanı olub.

Bakı. İlhamə İsabalayeva – Ötən il Azərbaycanda 22 uşaq, 863 nəfər böyük insan alverinin qurbanı olub. Trend-in məlumatına görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib. 2018-ci ildə Azərbaycanda insan alveri qurbanlarının 812-si qadın, 73-ü kişi olub. Ötən il ərzində insan alveri qurbanları arasında böyüklərin xüsusi çəkisi artıb. 2018-ci ildə insan alveri qurbanlarının 98 faizi böyüklər olduğu halda, 2017-ci ildə bu göstərici 71, 2016-cı ildə 70, 2015-ci ildə 63 faiz olub.