Nəsrin ilə bağlı yalan xəbər


Digərləri 30 Apr 2019 09:26:00 228 0

Nəsrin ilə bağlı yalan xəbər

Nəsrin Cavadzadənin dünyaca məşhur serial “La Casa de Papel”in çəkilişlərində iştirak etməsi barədə xəbər yayılıb

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin dünyaca məşhur serial "La Casa de Papel"in çəkilişlərində iştirak etməsi barədə xəbər yayılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, türk mətbuatı sənətçinin bu barədə açıqlama verdiyini və serialda rol alacağını təsdiqlədiyini bildirib.

Bildirilir ki, Nəsrin bir həftə içərisində çəkilişlərə başlayacağını, serialı çəkən şirkətlə müqavilə imzaladığını söyləyib.

Sosial şəbəkədə yayılan bu xəbərə isə aktrisa "Yalan xəbər" deyə, rəy yazaraq çıxan informasiyanın əsassız olduğunu bildirib.

Onun bu rəyi izləyicilərin sevincini ürəyində qoyub.