ŞriLankada terror aktları zamanı ölən xarici vətəndaşların sayı artıb


Dünya 30 Apr 2019 09:06:00 255 0

ŞriLankada terror aktları zamanı ölən xarici vətəndaşların sayı artıb

Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində həlak olan xarici vətəndaşların sayı 42 nəfərə çatıb.

Son.az bildirir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyindən bildiriblər. Daha əvvəl 39 xarici vətəndaşın öldüyü bildirilirdi.

Məlumata əsasən, həlak olanlar arasında Banqladeş (1 nəfər), Yaponiya (1 nəfər), Niderland (1 nəfər), Portuqaliya (1 nəfər), İsveçrə (1 nəfər), ABŞ (1 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), İspaniya (2 nəfər), Türkiyə (2 nəfər), Danimarka (3 nəfər), Çin (4 nəfər), Böyük Britaniya (6 nəfər), Hindistan (11 nəfər) vətəndaşları var.

Siyahıda hımçinin ikili vətəndaşlığı olan şəxslərində adları çəkilir: Böyük Britaniya və ABŞ vətəndaşlığı olan iki nəfər, Avstraliya və Şri-Lanka vətəndaşlığı olan 2 nəfər, İsveçrə və Niderland vətəndaşlığı olan 1 nəfər və Niderland və Şri-Lanka vətəndaşlığı olan 1 nəfər.

Terror aktları nəticəsində itkin düşmüş 12 xarici vətəndaş partlayışların kimlikləri müəyyən edilməmiş qurbanları sırasında ola bilərlər.