ABŞın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib


Dünya 30 Apr 2019 08:23:00 217 0

ABŞın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib

ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə bürosunun rəsmi "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Haiti: səfirliyin arxa girişində odlu silahdan atəş açılır. Sığınacaqlarda gizlənmək əmri səfirlik kompleksinin ərazisində qüvvədədir. Əgər siz səfirliyə gedirsinizsə, gizlənmək üçün təhlükəsiz yer tapın".

Haiti höküməti hələki insidenti şərh etməyib. Silahlı insidentlə əlaqədar saxlanılanlar barəsində məlumat verilmir.