Avtovağzal ərazisində pulsuz internet olacaq


Digərləri 30 Apr 2019 07:45:00 190 0

Avtovağzal ərazisində pulsuz internet olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.

Bakı. Ayşəm Rüstəmova - Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq. Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək: "Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində - gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər".