“OPPO A9” smartfonunun ekranı üst səthin 90,7 faizini əhatə edir


Digərləri 30 Apr 2019 07:11:00 212 0

“OPPO A9” smartfonunun ekranı üst səthin 90,7 faizini əhatə edir

Çinin "OPPO" şirkəti orta səviyyəli "A9" smartfonunu rəsmən təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, gözləntilərin əksinə olaraq, yeni qurğu 48 meqapikselli kamera ilə təchiz edilməyib. Bunun əvəzinə isə əsas qoşa modul 16 və 2 milyon pikselli ötürücüləri özündə birləşdirib. On altı meqapikselli ön kamera ekranın yuxarı hissəsinə quraşdırılıb.

Üst səthin 90,7 faizini əhatə edən 6,53 düym diaqonallı ekran Full HD (2340 × 1080 piksel) təsvir ölçüsünə malikdir.

Bildirilir ki, smartfon 2,1 QHs takt tezlikli səkkiznüvəli "MediaTek Helio P70" prosessoru və "ARM Mali-G72 MP3" qrafik sürətləndiricisi ilə təchiz edilib.

Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. 4020 milliamper/saat tutumlu akkumulyator batareyası qurğunu enerji ilə təmin edir.