ABŞ-ın baş prokurorunun birinci müavini istefaya gedir


Digərləri 30 Apr 2019 06:27:00 191 0

ABŞ-ın baş prokurorunun birinci müavini istefaya gedir

ABŞ-ın ədliyyə naziri və baş prokurorunun birinci müavini Rod Rozenstayn istefaya gedir

Bakı. ABŞ-ın ədliyyə naziri və baş prokurorunun birinci müavini Rod Rozenstayn istefaya gedir. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, R.Rozenstayn ABŞ prezidenti Donald Trampa istefa istəyi haqqında ərizə göndərib. Ərizədə deyilir: "Baş prokurorun öz postunda fəaliyyətinin orta müddəti 16 ay təşkil edir və bəziləri 2 ildən çox bu vəzifəni tuturlar. Mən mayın 11-dən istefam haqqında ərizəmi verirəm".