Rusiyalılar Paris əvəzinə Kaluqaya uçdular


Dünya 30 Apr 2019 00:03:00 179 0

Rusiyalılar Paris əvəzinə Kaluqaya uçdular

Rusiyanın "Ural Hava Yolları"nın sərnişinləri etdikləri "maraqlı səfərə" görə aviaşirkətə təşəkkür əvəzinə narazılıq bildiriblər.

Belə ki, şirkətdən Moskva - Paris reysi üzrə bilet alan sərnişinlər Fransa paytaxtı əvəzinə Kaluqaya eniş ediblər.

Sərnişinlərin dediyinə görə, onlara uçuşun 3 saat 45 dəqiqə davam edəcəyi bildirilib, yolüstü dayanacaq olacağı barədə məlumat verilməyib.

Son.az oxu.az-a istinadən bildirir ki, insidentə səbəb Moskva və Fransa arasında uçuşlara məhdudiyyət qoyulmasıdır. Verilən məlumata görə, Fransa tərəfi bu istiqamətdə uçuşa icazə verməyib: