"Google" binasında bədbəxt hadisə


Dünya 29 Apr 2019 23:50:00 285 0

"Google" binasında bədbəxt hadisə

ABŞ-ın Sietl şəhərində "Google"un yeni binasında bədbəxt hadisə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, binanın inşasında istifadə olunan qaldırıcı kran qırılıb. Avtomobilləri əzib binalara ziyan vuran kran ilkin məlumata görə 4 nəfərin ölümünə, 3 nəfərin isə ağır yaralanmasına səbəb olub.

Ölənlərdən biri tibb fakültəsinin tələbəsi Sara Vonqdur. Yaralılardan ikisi ana və azyaşlı uşaqdır. Hazırda insidentin səbəbi araşdırılır. Kranın qırılmasında ilkin versiya kimi güclü küləyin əsməsi irəli sürülür.