Azərbaycan nefti ucuzlaşıb
Digərləri 29 Apr 2019 23:35:00 218 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,21 dollar/barel təşkil edib
Bakı.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,02 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,98 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 3,09 dollar/barel azdır.
Mənbə: az.trend.az