"Facebook"dan YENİ normalar 90 gün istifadə edilmədiyi halda...


Digərləri 29 Apr 2019 21:54:00 221 0

"Facebook"dan YENİ normalar  90 gün istifadə edilmədiyi halda...

"Facebook"da sorğuların aparılması üçün əlavələrin işi məhdudlaşdırılacaq

Son.az ictnews-a istinadla xəbər verir ki, "Facebook" administrasiyası sosial şəbəkədə istifadəçinin şəxsi məlumatlarının alınması üçün nəzərdə tutulan əlavələrin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinə başlayıb.  

Bu düzəliş "Facebook" ilə əməkdaşlıq edən proqram təminatı tərtibatçıları üçün qaydalara edilib.

Yeni normalara görə, qeyd olunan əlavələrin sosial şəbəkədə fəaliyyət göstərməsi qadağan ola bilər.

"Facebook" nümayəndəsi telekanala açıqlamasında bildirib ki, həmin əlavələr tam qadağan edilməsə də, onlar sosial şəbəkə mütəxəssisləri tərəfindən diqqətlə yoxlanılacaq. Bunun hansı kriterilər üzrə həyata keçiriləcəyi barədə məlumat verilmir.