Hind okeanında güclü zəlzələ olub


Dünya 29 Apr 2019 21:24:00 228 0

Hind okeanında güclü zəlzələ olub

Hind okeanında 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 14:19-da qeydə alınan yeraltı təkanların episentri Yəmənin Hadibo şəhərindən 406 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.