Hikmət Hacıyev: Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir


Digərləri 29 Apr 2019 18:42:20 183 0

Hikmət Hacıyev: Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir

Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir

Bakı. Ləman Zeynalova - Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev xatırladıb ki, dövlətimizin başçısı Çində “Bir kəmər, bir yol” ikinci əməkdaşlıq forumuna dəvət olunmuşdu: “Bu səfər çərçivəsində dövlət başçımız Çin Xalq Respublikasının rəhbəri ilə geniş müzakirələr aparıb. Azərbaycanla Çin arasındakı ikitərəfli siyasi münasibətlər yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr də inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin