Məktəb direktorundan 6cı sinif şagirdinə qarşı əxaqsızlıq


Digərləri 29 Apr 2019 12:46:00 216 0

Məktəb direktorundan 6cı sinif şagirdinə qarşı əxaqsızlıq

Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 2-nə təyin olunub.

İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü M. F. R. qızına qarşı əxlaqsız hərəkətlər edib.

İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Fidan Məhərrəmovaya qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Fidan Məhərrəmovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə M. F.-nı  xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib. Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hər dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.