Kapital Bank regionlarda BirKart yarmarkaları keçirir


Digərləri 29 Apr 2019 12:41:39 211 0

Kapital Bank regionlarda BirKart yarmarkaları keçirir

Kapital Bank ölkənin bir sıra regionlarında BirKart yarmarkaları təşkil edir.

Bakı. Kapital Bank ölkənin bir sıra regionlarında BirKart yarmarkaları təşkil edir. Yarmarkaya BirKart-ın onlarla tərəfdaşı qoşulub və müştərilərə endirimlər, taksit imkanları və digər güzəştlər təqdim edir. Yarmarkanı keçirməkdə məqsəd, BirKart almaq istəyən müştərilərin və taksit layihəsinə qoşulan sahibkarların müraciətlərini qəbul edib, onları müvafiq filiallara yönəltmək, həmçinin müştərilərə partnyorlarda olan sərfəli şərtlər barədə məlumat verməkdir. Yarmarka may ayı ərzində 3 marşrut xətti üzrə bir sıra regionlarda keçiriləcək: Gəncə, Tovuz, Yevlax, Ağdaş, Şirvan, Ağcabədi, Quba, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Mingəçevir, Bərdə, İmişli, Masallı, Lənkəran və Astara. Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.