Tərcüməçi-jurnalist Akif Qəhrəmanlının anım mərasimi keçirilib


Digərləri 29 Apr 2019 12:48:20 230 0

Tərcüməçi-jurnalist Akif Qəhrəmanlının anım mərasimi keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış tərcüməçi-jurnalist, bir il əvvəl dünyasını dəyişmiş Akif Qəhrəmanlının anım mərasimi keçirilib.

Bakı. Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış tərcüməçi-jurnalist, bir il əvvəl dünyasını dəyişmiş Akif Qəhrəmanlının anım mərasimi keçirilib. MŞ-dan Trend-ə verilən məlumata görə, toplantıda mərhum qələm sahibinin həmkarlarının və dostlarının xatirələrindən ibarət “Mən sabah da varam” toplusu ictimaiyyətə təqdim edilib. Mərasimi giriş sözü ilə açan Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bildirib ki, əmək fəaliyyətinə adi fəhləlikdən başlamış A.Qəhrəmanlı ali filoloji təhsildən sonra uzun illər ölkənin ən nüfuzlu media qurumları olan AZƏRTAC-ın, “Xalq qəzeti”nin, Azərnəşr”in, müstəqillik illərində isə Azərbaycan Prezidenti Administrsiyasının tərcümə şöbələrində müxtəlif vəzifələrdə çaılşıb, saysız-hesabsız cari materialı, bir sıra gərəkli mənbəni və populyar kitabları rus dilindən ana dilimizə çevirib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi İsrafil Qurbanov A.Qəhrəmanlının ötən onilliklərdə milli tərcümə sənətinin aparıcı istiqaməti olmuş rus-azərbaycan dilləri üzrə tərcümə işinin mahir və tanınmış nümayəndələrindən biri olduğunu, onun mətbuatda, nəşriyyatda və ali idarəetmə orqanlarında səmərəli tərcüməçilik fəaliyyətinin vurğulayıb, onunla bağlı xatirəsini bölüşüb.