BƏƏnin casusu Türkiyədə intihar etdi


Dünya 29 Apr 2019 11:56:00 204 0

BƏƏnin casusu Türkiyədə intihar etdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat sayəsində saxlanılan casus bir neçə gün sonra intihar edib.

Son.az haberler-ə istinadla xəbər verir ki, saxlanılan şəxs Birləşmiş Ərəb Əmirliklərinin casusu olduğunu etiraf etdikdən sonra İstanbulun Silivri səmtindəki həbsxanaya salınıb.

Bu gün onun intiharı ilə bağlı məlumat verilib. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.