X Beynəlxalq Mstislav Rostropoviç Musiqi Festivalı başa çatıb


Digərləri 29 Apr 2019 11:26:56 213 0

X Beynəlxalq Mstislav Rostropoviç Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrinin və xorunun (Almaniya) çıxışı olub.

Bakı. Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda Rusiya, Fransa, İsveçrə, İspaniya və digər ölkələrdən dünyaşöhrətli musiqiçilər və kollektivlər iştirak edib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 27-də Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrinin və xorunun (Almaniya) çıxışı olub. Konsertdə dünya şöhrətli bəstəkarlar Frants Şubert və Qabriel Forenin əsərləri səslənib.