Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb


Digərləri 29 Apr 2019 06:55:30 238 0

Avstraliyanın hava limanlarının fəaliyyətində nasazlıq yaranıb

SmartGate avtomatik pasport yoxlama sisteminin nasazlığı bir sıra Avstraliya beynəlxalq hava limanlarında reyslerin gecikməsinə səbəb oldu

Bakı. SmartGate avtomatik pasport yoxlama sisteminin nasazlığı bir sıra Avstraliya beynəlxalq hava limanlarında reyslerin gecikməsinə səbəb oldu. Trend-in məlumatına görə, bu barədə ölkənin telekanalı SBS xəbər verir. Avstraliyanın sərhəd xidmətinin açıqlamasında deyilir: "Xidmət zabitləri beynəlxalq terminallarda gələn və yola düşən sərnişinlərin pasportlarını yoxlama sistemində kompüter səhvini aradan qaldırmaq üçün çalışırlar. Reyslərin gecikməsini minimuma endirmək üçün əlavə əməkdaşlarımız göndərildi".