İndoneziyada torpaq sürüşməsi fəlakətə səbəb oldu FOTO


Dünya 28 Apr 2019 23:42:00 227 0

İndoneziyada torpaq sürüşməsi fəlakətə səbəb oldu  FOTO

İndoneziyada leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində ən çox ziyan  paytaxt Cakarta və Benqkulu şəhərlərinə dəyib. 184 ev və 4 məktəb uçub, çoxlu sayda yol və körpüyə isə ziyan dəyib.

Təhlükəli bölgələrdən 13 min nəfər təxliyyə edilib. Ölkənin Fövqəladə Hallara Nəzarət Xidməti ölü sayının artacağını istisna etmir.

Xatırladaq ki, mart ayında ölkənin Papua adasında sel nəticəsində 100 nəfər həyatını itirib.


Xəbərə aid fotolar