Zühurun intizarında olan şəxsin məqamı


Digərləri 28 Apr 2019 22:40:00 332 0

Zühurun intizarında olan şəxsin məqamı

Dini mətnlərimizdə son xilaskarın - İmam Mehdinin (ə.c) cahanşümul ədalətli hökumətinin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ

"Mənim ümmətimin ən fəzilətli əməli Allah-Taalanın vəd etdiyi zühurun intizarını çəkməkdir!"

O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ

"Ən fəzilətli əməl zühurun intizarını çəkməkdir!" ("Biharul-ənvar", 13-cü cild, səh.136-137.)

Son.az maide.az-a istinadən bildirir ki, İmam Əli (ə) də zühurun intizarında olanların məqamı ilı bağlı belə buyurmuşdur:

الْمُنْتَظِرُ لِامْرِنا كَالْمُتَشَحِطِّ بِدَمِه‏ فى سَبيلِ اللَّهِ

"Bizim əmrimizin (zühurun) intizarında olan şəxs Allah yolunda qanına boyanan şəxs kimidir."("Biharul-ənvar", 10-cu cild, səh.104.)

Bir nəfər imam Sadiqdən (ə) soruşdu: "Haqq hökumətin bərpasının intizarını çəkdiyi halda, dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?"

İmam buyurdu: "O, Qaimlə sanki bir işdə onun xeyməsində (ordusunda) hazır olan şəxs kimidir.(Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam Peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!" ("Biharul-ənvar", qədim çapla 13-cü cild, səh.136.)

Bəzi rəvayətlərdə də belə deyilir:

-O, Allah yolunda qılınc çəkən şəxs kimidir!

-O, Peyğəmbərin hüzurunda qılıncla düşmənin başına zərbə endirən şəxs kimidir!

-O, Qaimin bayrağı altında olan şəxs kimidir!

-O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!