Kişilərin qızıldan istifadə etməsi


Digərləri 28 Apr 2019 22:50:00 233 0

Kişilərin qızıldan istifadə etməsi

Son.az maide.az-a istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin  Kişilərin qızıldan istifadə etməsi haqqında suala cavabını  təqdim edir:     Sual: Zinət məqsədi olmadan - belə ki, başqaları görmədən - qızıldan istifadə etməyin şəri baxımdan maneəsi varmı?   Cavab: Qızıldan istifadə etmək - istər üzük halqası olsun, istər qeyri bir şey - kişilər üçün birmənalı olaraq haramdır, baxmayaraq ki, zinət məqsədi yoxdur və başqaları da görmür.