Məcnun Leylisini necə tapdı?


Digərləri 28 Apr 2019 22:10:00 182 0

Məcnun Leylisini necə tapdı?

Bir gün Məcnun ibadətini yarıda kəsir və Leylanın yolunu gözləməyə başlayır. O gecə eşq onu məst etmişdi. Amma hər nə qədər gözləyirsə, faydasız olur.

Nəhayət başını səcdəyə qoyur və Allahla raz-niyaz edir. Deyir: "Allahım! Niyə məni xar etmisən, məni eşq xəstəsi etmisən. Leyli qədəhini əlimə vermisən və bu oyunla məni məğlub etmisən. Eşq neştəri canıma əyləşmişdir, ona görə də dərdim Leyli olmuşdur.

Mən artıq bu eşqdən yorulmuşam, qəlbim qanla dolmuşdur. Mən məcnunam, dəliyəm, Sən də məni məcnun etmə. Mən artıq bu oyuna gəlmək istəmirəm, Leylini istəmirəm.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allahdan nida gəlir: "Ey məcnun olmuş! Sənin Leylin - əslində Mənəm. Damarlarında aşkar və gizlində mənəm. İllər boyu özün üçün Leyli yaratmısan. Ancaq Mən sənin yanında olmuşam, Məni heç tanımamısan.

Ona görə də Leylinin eşqini qəlbinə salmışam və səni avara edib, səhralara salmışam. Deyirdim ki, aqil olarsan, ancaq olmadın. Bir "Ya Rəbb" deməyini gözlədim, ancaq "Leyli, Leyli!"dən başqa söz demədin.

Onu gecə və gündüz çağırdın. Ancaq görürəm ki, bu gecə Mənim sorağıma gəlmisən.