Azərbaycan regionun lider ölkəsi kimi "Bir kəmər, bir yol" layihəsində çox vacib rol oynayır – Lina Vaytkyaviçene (VİDEO)


Digərləri 28 Apr 2019 21:30:00 55 0

Azərbaycan regionun lider ölkəsi kimi "Bir kəmər, bir yol" layihəsində çox vacib rol oynayır – Lina Vaytkyaviçene (VİDEO)

Aprelin 25-də Pekində İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb

Bakı. Samir Əli - Azərbaycan regionun lider ölkəsi kimi "Bir kəmər, bir yol" layihəsində çox vacib rol oynayır. TREND İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib ki, ilk dəfə 2013-cü ildə Çin rəhbəri Si Cinpin tərəfindən elan edilən "Bir kəmər, bir yol" təşəbbüsü dünya əhalisinin yarısından çoxunun yaşadığı Asiya, Avropa və Şimal-Şərqi Afrika ölkələrində sosial və iqtisadi strukturun təkmilləşdirilməsi üçün mühüm potensiala malik olan, son dərəcədə iddialı və genişmiqyaslı təşəbbüsdür. Bu qarşılıqlı faydalı təşəbbüsdən sözügedən bölgələrdə yaşayan dünya əhalisinin 50 faizindən çoxu faydalanacaq və dünyada siyasi sabitlik və sülhə töhfə verəcək. Ekspert qeyd edib ki, Azərbaycan regionun lider ölkəsi kimi bu layihədə çox vacib rol oynayır: "Azərbaycan coğrafi olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və onun ərazisindən tarixən İpək Yolu karvanları keçib. Aydındır ki, İpək Yolu ilə bağlı təşəbbüslərdə Azərbaycan kənarda qalmayıb və burada ölkənin tranzit potensialı və təbii sərvətlərindən istifadə olunacaq". L.Vaytkyaviçene deyib ki, Azərbaycan öz coğrafi mövqeyinin imkanlarından istifadə etməklə və infrastruktur və nəqliyyat sektoruna investisiyalar yatıraraq Avropa və Asiyanı birləşdirən beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. O əlavə edib ki, Azərbaycanda müasir infrastrukturun yaradılması ölkə üçün əsas məqsədlərdən biridir. Azərbaycan əsasən yollar, avtomagistrallar və hava limanlarının tikilməsi üçün sərmayələr yatırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və Azərbaycan bu nəqliyyat dəhlizlərinin hər ikisində fəal iştirak edir, habelə bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış edib: "Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ölkənin əsas dəniz limanının Ələtə köçürülməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ilə bağlı fərman və göstərişlər vermişdi, həmçinin limanın ərazisində azad ticarət zonasının yaradılması, ölkənin regionlarında sənaye zonaları və obyektləri, eləcə də İT parkların yaradılmasına dair fərmanlar vermişdi".
Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar? like
  • 28 Apr 21:25  
Digərləri Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar?

Bürclərə inanan adamlar heç də az deyil. Bürclərin məsləhət bildiyi y

arrow Ətraflı
19 yaşlı gənc kanalda batıb like
  • 28 Apr 21:22  
Digərləri 19 yaşlı gənc kanalda batıb

Siyəzən rayon Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərov Samur-Abşer

arrow Ətraflı
İki qanad sahibi like
  • 28 Apr 21:20  
Digərləri İki qanad sahibi

Səhabələr silsiləsindən - Cənab Cəfər Təyyar

arrow Ətraflı
Meksikada yol qəzasında on bir nəfər ölüb like
  • 28 Apr 21:19  
Dünya Meksikada yol qəzasında on bir nəfər ölüb

Meksikada avtobusun iştirakı ilə yol qəzası baş verib.

arrow Ətraflı
Smartfonlarınızın batareyalarını tam doldurmayın!” like
  • 28 Apr 21:15  
Digərləri Smartfonlarınızın batareyalarını tam doldurmayın!”

Mail.Ru Hi-Tech texnoloji platformasının meneceri Dmitriy Ryabinin smartfonlar

arrow Ətraflı
Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir? like
  • 28 Apr 21:10  
Digərləri Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranda ölülərin dirilməsinə

arrow Ətraflı
Meksikada yol qəzasında on bir nəfər ölüb like
  • 28 Apr 21:09  
Digərləri Meksikada yol qəzasında on bir nəfər ölüb

Одиннадцать человек стали жертвами крупног

arrow Ətraflı
Müdirini, arvadını və qızını öldürdü like
  • 28 Apr 21:06  
Dünya Müdirini, arvadını və qızını öldürdü

Sakaryanın Ərənlər qəsəbəsindən dəhşətli cinayət baş verib.

arrow Ətraflı
Dar paltar geyməyin 6 fəsadı like
  • 28 Apr 21:05  
Digərləri Dar paltar geyməyin 6 fəsadı

Dar paltarlar orqanların sağlamlığına mənfi təsir edir, xüsusilə dar ci

arrow Ətraflı
Bülənt Ərsoy 2 milyonluq üzüyü üçün peşmandır  FOTO like
  • 28 Apr 21:03  
Digərləri Bülənt Ərsoy 2 milyonluq üzüyü üçün peşmandır FOTO

Türkiyəli müğənni Bülənt Ərsoy həyatındakı ən böyük səhvlərdən

arrow Ətraflı
Fransız polislərdən qəddarlıq like
  • 28 Apr 21:02  
Dünya Fransız polislərdən qəddarlıq

Fransada "sarı jiletlilərin" hökumətə qarşı etirazları davam e

arrow Ətraflı
10 günlük ayrılıqdan sonra  FOTO like
  • 28 Apr 21:01  
Digərləri 10 günlük ayrılıqdan sonra FOTO

Britaniyanın "Mançester Yunayted" klubunun sabiq ulduzu Rio Ferdinan

arrow Ətraflı
Piylənmənin yaddaşı niyə pozduğu məlum olub like
  • 28 Apr 20:55  
Digərləri Piylənmənin yaddaşı niyə pozduğu məlum olub

Alimlər artıq çəkili insanların yaddaşının getdikcə zəifləməsinin s

arrow Ətraflı
Ləyaqətli dayə like
  • 28 Apr 20:50  
Digərləri Ləyaqətli dayə

Həzrət Muhəmmədin (s) doğumundan uzun müddət keçməmişdi. Məkkənin ə

arrow Ətraflı
Yox olmaq üzrə olan bananı xilas etmək üçün plan var like
  • 28 Apr 20:45  
Digərləri Yox olmaq üzrə olan bananı xilas etmək üçün plan var

Banan bitkisinin soyu tükənmə təhlükəsi ilə qarşı-qarşıyadır, ancaq

arrow Ətraflı