Meksikada yol qəzasında on bir nəfər ölüb


Dünya 28 Apr 2019 21:19:00 202 0

Meksikada yol qəzasında on bir nəfər ölüb

Meksikada avtobusun iştirakı ilə yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində on bir nəfər həlak olub. Sakateka ştatında baş verən hadisə nəticəsində hemçinin 18 nəfər yaralanıb. Ölənlər arasında ən azı üç uşaq var.

İlkin məlumatlara əsasən, qəza avtobus sürücüsünün sükan arxasında yuxuluması səbəbindən olub.