İŞİD terrorçularının növbəti hədəfi məlum oldu


Dünya 28 Apr 2019 19:44:00 245 0

İŞİD terrorçularının növbəti hədəfi məlum oldu

İŞİD terrorçuları Asiya və Afrika ölkələrindəki kurortlara hücum edə bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, məşhur kurortlara hücum zamanı Şri-Lankada baş vermiş terror aktları əsas götürülə bilər.

İŞİD terrorçularının Hindistan, Maldiv adaları, Keniya və Tanzaniyadakı kurortları hədəf götürməyi planlaşdırdığı qeyd olunur.

Polisdəki mənbə bildirib ki, dünya ölkələrinə səpələnərək terror aktlarına hazırlaşan İŞİD terrorçuları ilə bağlı problem getdikcə dərinləşir.