Molokanlar Qobustanda Pasxa bayramını qeyd etdilər


Digərləri 28 Apr 2019 19:46:00 226 0

Molokanlar Qobustanda Pasxa bayramını qeyd etdilər

Qobustan rayonunda yaşayan molokanlar Pasxa bayramını qeyd ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, rayonun Xilmilli kəndində xristianların Pasxa bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər "Molokan-ruhani xristian" dini icmasının üzvlərini Müqəddəs Pasxa bayramı münasibətilə təbrik ediblər. Çıxışlar zamanı Azərbaycan və rus xalqlarının tarixi dostluğundan danışılıb, ölkəmizdə yaşayan xalqların dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub.

Tədbirdə dini ayinlər yerinə yetirilib.