Zəng edənin kimliyini göstərə bilən


Digərləri 28 Apr 2019 19:35:00 413 0

Zəng edənin kimliyini göstərə bilən

Bezdirirci telefon zənglərindən yorulmusuz, lakin naməlum nörəli zəngə cavab verməmək də olmur, bəlkə bu zəng mühüm və təcilidr? Belə hallarda 6 mobil applikasiya və ya tətbiq köməyinizə çata bilər

Naməlum nömrədən gələn aramsız zənglər həmişə bezdiricidir və həmin zənglərə cavab vermək həvəsi olmur. Lakin vacib olan zəngi bezdirici zəngdən ayırmağın yolu nədir?

Son.az gencaile.az-a istinadən bildirir ki, naməlum zənglərin əksəriyyəti adətən telemarket şirkətlərindən edilir.

Belə zənglər xaricdəki telemarket şirkətlərindən də gələ bilər.

Lakin belə zənglər vacib sayılan abonentdən də gələ bilər, belə hallarda zəng edənin kimliyini aşağıdakı mobil applikasiyalar müəyyənləşdirməyə kömək edə bilər.

1) "TrapCall"

Bu applikasiya Apple və Android əməliyyat sistemlərində işlədilə bilər.

Applikasiya ABŞ-ın "New Jersey' ştatında mənzillənən "Teltech" şirkəti tərəfindən yaradılıb.

Bu tətbiqin yüklənməsi pulsuzdur, lakin zəng edənin kimliyinin müəyyən edilməsi üçün ödəniş tələb olunur, bir aya təxminən 5 dollar çıxır.

Zənglərin vacib adamdan gəldiyini necə biləsən?

Bu applikasiya gələn naməlum zənglərin nömrəsini mətnlı mesajla göstərir. Eyni zamanda həmin nömrəyə müvafiq ünvan da uyğun gələndə bu məlumat mesajda əksini tapır.

Əlavə olaraqç arzuolunmaz nömrələrdən ibarət qara siyahıya daxil edilmişlərdən gələn zəngləri də bloklamaq imkanı nəzərdə tutulub.

TelTech şirkətinin prezidenti Meir Cohen deyir ki, bu applikasiya "casuslar və ya texnoloji fanatiklər üçün nəzərdə tutulmayıb".

"Naməlum zənglər hamını bezdirir. Zəngin kimdən gəldiyini bilmək və lazım gələndə zəngə cavab verməmək imkanı hamıda olmalıdır", o, deyir.

2) "TrueCaller"

Bu appliksiyanı yaratmış "True Software Scandinavia AB" İsveç şirkəti bütün dünya boyu 85 milyon istifadəçisinin olduğunu bildirir.

Android, iOS, Blackberry və Windows əməliyyat sistemləri üçün bu applikasiya pulsuzdur. Applikasiyanın xidmətindən vebsayt vasitəsilə də yaralanmaq mümükündür.

Bu applikasiya zəng edənin nömrəsini müəyyən edərək onu bloklaya bilir.

Naməlum zənglərin əksəriyyəti telemarket xidmələrindən gəlir

Mobil tətbiq eləcə də, zəng çalan barədə internetdən daha geniş informasiyanın əldə edilməsinə imkan verir, o cümlədən, onun barəsində İnternet məlumat bazasında yazılmış rəyləri, fotosunu və reytinqini göstərə bilir.

3) "Contactive"

Bu pulsuz applikasiya ispaniyalı İnaki Berenguer tərəfindən yaradılıb. O, 2013-cü ildə Klink adlı start-up şirkətini təsis etdikdən sonra bu yaxınlarda Britaniyanın "ThinkingPhones" şirkətini aılıb.

Bu applikasiya naməlum nömrələri müəyyən edə bilir. Proqramın müəllifləri deyir ki, bu applikasiya 600 milyon nömrəni tanıya bilir.