İndoneziyada güclü daşqınlar


Dünya 28 Apr 2019 18:45:00 238 0

İndoneziyada güclü daşqınlar

İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, leysan yağışlar səbəbindən bölgədə bir neçə çay daşıb, ətraf əraziləri su basıb.

Təbii fəlakət nəticəsində həmçinin torpaq sürüşmələri baş verib, əyalətin digər rayonlarla əlaqəsi kəsilib.

Qubernator xilasedicilərin əhalini təxliyə etdiyini bildirib.