Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində qalib komandalar mükafatlandırılıb


Digərləri 28 Apr 2019 17:23:00 227 0

Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində qalib komandalar mükafatlandırılıb

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində komanda oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində komanda oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, beş topla hərəkətlərdə birinci yeri Rusiya komandası (24,850 xal), ikinci yeri isə Yaponiya komandası (24,450 xal), üçüncü yeri isə Ukrayna komandası (24,350 xal) tutub. Mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, yarışların texniki direktoru Natalya Bulanova, bədii gimnastika üzrə Azərbaycan komandasının məşqçisi Lalə Məhərrəmova təqdim edib. Üç halqa və iki cüt gürzlə qrup hərəkətlərində qızıl medalı Bolqarıstan komandası (25.550 xal), gümüş medalı Rusiya komandası (25.250 xal), bürünc medalı isə Ukrayna komandası (25.150 xal) qazanıb. Mükafatları bədii gimnastika üzrə Azərbaycan komandasının baş məşqçisi Mariana Vasileva, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, "Ocag Sport" idman klubunun direktoru Surxay Qarayev təqdim ediblər. Eyni zamanda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokları da bu il Dünya Kubokunun dörd mərhələsində göstərilən ən yaxşı üç nəticə əsasında təqdim edilib.