Səfir: Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir


Digərləri 28 Apr 2019 17:03:19 219 0

Səfir: Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir

Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir.

Bakı. Vahid Bayramov - Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox yüksək səviyyədə təşkil edir. Bunu Trend-ə Çexiyanın Bakıdakı səfiri Milan Ekert deyib. O qeyd edib ki, Bakıda gimnastika yarışlarını böyük məmnuniyyətlə izləyir: "Eyni zamanda həm idmana, həm də incəsənətə baxmaq çox maraqlıdır". Ötən ilin sentyabrından Bakıda səfir işlədiyini deyən M.Ekert Azərbaycan haqqında təəssüratlarını da bölüşüb: "Çox maraqlı ölkəniz var. Azərbaycanda 9 iqlim zonası olduğu üçün çoxları sizə paxıllıq edir. Burada Çexiyada çatışmayan dəniz var. Buna görə də mən özümü Bakıda həm işdə, həm də məzuniyyətdə hiss edirəm".