171 saylı avtobus qəzasında xəsarət alanlardan 3ü evə buraxılıb


Digərləri 28 Apr 2019 16:44:00 255 0

171 saylı avtobus qəzasında xəsarət alanlardan 3ü evə buraxılıb

Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir.

Xatırladaq ki, aprelin 27-də axşam saatlarında Mərdəkandan Bakı istiqamətində hərəkət edən yük maşını 171 saylı marşrut avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan 29 nəfər xəsarət alıb.