Rusiya komandası 5 topla qrup hərəkətlərində "qızıl" qazandı


Digərləri 28 Apr 2019 15:46:26 191 0

Rusiya komandası 5 topla qrup hərəkətlərində "qızıl" qazandı

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 5 topla qrup hərəkətlərində "qızıl" medalı 24.850 xalla Rusiya komandası qazanıb.

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda 5 topla qrup hərəkətlərində "qızıl" medalı 24.850 xalla Rusiya komandası qazanıb. Trend-in məlumatına görə, gümüş medalı Yaponiya (24.450), "bürünc"ü isə Ukrayna komandası (24.350) əldə edib. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir. Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.