Ərdoğan İraqa səfər edəcək


Dünya 28 Apr 2019 15:27:00 211 0

Ərdoğan İraqa səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, Ərdoğanın İraqa səfəri Türkiyə-İraq yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının dördüncü iclası çərçivəsində baş tutacaq.

Çavuşoğlunun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan İraqın prezidenti Bərham Saleh və ölkənin türkmən icması ilə görüşəcək.