İndoneziyada güclü daşqınlar - 10 ölü


Digərləri 28 Apr 2019 15:12:15 277 0

İndoneziyada güclü daşqınlar - 10 ölü

İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Bakı. İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb. Trend-in məlumatına görə, leysan yağışlar səbəbindən bölgədə bir neçə çay daşıb, ətraf əraziləri su basıb. Təbii fəlakət nəticəsində həmçinin torpaq sürüşmələri baş verib, əyalətin digər rayonlarla əlaqəsi kəsilib.