Bakıda Dünya Kubokunun ən yüksək pilləsini lentlə hərəkətlərdə Dina Averina qazandı


Digərləri 28 Apr 2019 14:25:03 183 0

Bakıda Dünya Kubokunun ən yüksək pilləsini lentlə hərəkətlərdə Dina Averina qazandı

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə 20.650 xalla birinci yeri belaruslu gimnast Anastasiya Salos qazanıb.

Bakı. Cani Babayeva - Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə 20.650 xalla birinci yeri belaruslu gimnast Anastasiya Salos qazanıb. Trend-in məlumatına görə, ikinci yerdə Arina Averina (Rusiya, 20.600), üçüncü yerdə Dina Averina (Rusiya, 20.250) qərarlaşıb. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir. Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.