Bakıda F2-də növbəti zəncirvari qəza – Daha 3 pilot yarışdan çıxdı (FOTO)


Digərləri 28 Apr 2019 14:12:00 173 0

Bakıda F2-də növbəti zəncirvari qəza – Daha 3 pilot yarışdan çıxdı (FOTO)

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir zəncirvari qəza baş verib.

Bakı. Elçin Mehdiyev - Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir zəncirvari qəza baş verib. Trend-in məlumatına görə, pilotlar Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorsport) və Luka Qiotto (UNI-Virtuosi) dönmə zamanı səkiyə çırpılıblar. Hər üç pilot mübarizəni yarımçıq dayandırıb. Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.