Bakıda Dünya Kubokunun "qızılı"nı gürzlərlə hərəkətdə Dina Averina qazandı


Digərləri 28 Apr 2019 14:07:48 203 0

Bakıda Dünya Kubokunun "qızılı"nı gürzlərlə hərəkətdə Dina Averina qazandı

Gürzlərlə hərəkətdə 22.500 xalla birinci yeri rusiyalı gimnast Dina Averina qazanıb.

Bakı. Cani Babayeva - Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə hərəkətdə 22.500 xalla birinci yeri rusiyalı gimnast Dina Averina qazanıb. Trend-in məlumatına görə, ikinci yerdə Arina Averina (Rusiya, 22.300), üçüncü yerdə Vlada Nikolçenko (Ukrayna, 21.400) qərarlaşıb. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.