İspaniyada parlament seçkiləri başlayıb


Dünya 28 Apr 2019 11:27:00 188 0

İspaniyada parlament seçkiləri başlayıb

İspaniyada növbədənkənar parlament seçkiləri başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar fevral ayının ortasında parlamentin 2019-cu il üçün sosialist Pedro Sançesin hakimiyyəti tərəfindən təklif edilən büdcə planını təsdiq etməkdən imtina etməsi olub.

Bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.

Seçkilərdə sosialistlərin rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.

Seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.