İŞİD ŞriLankanın şərqindəki partlayışları öz üzərinə götürdü


Dünya 28 Apr 2019 09:14:00 235 0

İŞİD ŞriLankanın şərqindəki partlayışları öz üzərinə götürdü

İŞİD terror qruplaşması aprelin 26-sı Şri-Lankanın şərqində baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Son.az Trend-ə istinadən bildirir ki, Kalmunay şəhərində polislərlə toqquşmalarda 3 İŞİD üzvü iştirak edib, onlar daha sonra üzərlərində olan partlayıcını işə salıblar.

Terror qruplaşması bildirir ki, nəticədə 17 polis əməkdaşı həlak olub, lakin terror aktları ilə qruplaşmanın bağlılığını əks etdirən sübutlar göstərməyib.

Xatırladaq ki, aprelin 26-sı Şri-Lankanın Kalmunay şəhərində 3 partlayış baş verib. Partlayışlardan son 20 nəfər şübhəli bilinən şəxs saxlanılıb.