Bu depressiya müalicə edilməsə... –


Digərləri 27 Apr 2019 23:55:00 252 0

Bu depressiya müalicə edilməsə... –

Manyakal depressiya bütün dünyada hər 50 adamdan birində (yəni 2%) görülə bilən, yəni sıx rastlanan bir pozuntudur. Manyakal depressiya çox insanlarda eyni cür əlamətlərlə özünü göstərsə də, bəzən bir qrup insanda çox fərqli şəkildə, fərqli əlamətlərlə izlənə bilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu psixiatr, uzman həkim Azər Bağırov bildirib.

Manyakal depressiya müalicə edilməzsə, intihara belə yol aça bilən ruhi xəstəlikdir.

"Manyakal" termini aşırı hərəkətli, enerjili, çox danışan, heç nəyi vecinə almayan, güclü, eyforik bir vəziyyətin adıdır. Bu vəziyyətdə dəli kimi alış-veriş etmə istəyi və ya impulsiv riskli seks istəyi və s. hisslər yarana bilər. Sonra isə bu cür yüksək olan əhval ruhiyyə birdən-birə sıfıra düşər.

Xəstəliyin iki güclü və bir-birinə zidd halları var:

1. Manyaklıq və ya hipomanyaklıq - eyforiya və ya qəzəblilik, çox danışmaq və yarışan düşüncələrin olması, özündən razılıq, normadan çox enerjililik, yuxu ehtiyacının azalması, impulsiv olmaq, heç nədən doymama hissi, həddən artıq alış-veriş, ani səyahətlər, lazımsız pul xərcləmək, çox tez-tez sekslə məşğul olmaq, bəzən ani görüşlərdə belə yeni tanışlarla seks yaşamaq, sürətlə maşın sürmək və s.